2025-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 738 milyon manatlıq içki və tütün məmulatları məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-avqust ayına nisbətən 0,1 % çoxdur.
Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 4,3 faizi içki və tütün məhsullarının alınmasına sərf olunub.
Təkcə avqust ayı ərzində əhali 217,4 milyon manatlıq içki və tütün məhsulları alıb.