2025-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində 20 milyard 485,6 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-avqust ayına nisbətən 1,5% çoxdur.
Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 50,7% faizi ərzaq məhsullarının alınmasına sərf olunub. Bu, ərzaq xərclərinin ümumi pərakəndə ticarətin yarısından çoxunu təşkil etdiyini göstərir.
Təkcə avqust ayı ərzində əhali 2 milyard 759,8 milyon manatlıq ərzaq məhsulları alıb.