2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 2 milyard 406,2 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar ayına nisbətən 2% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,7% faizi ərzaq mallarının alınmasına sərf olunub.