2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 271 milyon manatlıq benzin və dizel satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar ayına nisbətən 9,3% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,6% faizi benzin və dizelin alınmasına sərf olunub.