2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 3 milyard 120,4 milyon manatlıq benzin və dizel satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-noyabr aylarına nisbətən 6,9% çoxdur.
Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,8% faizi benzin və dizelin alınmasına sərf olunub.
Təkcə noyabr ayında benzin və dizelə xərclənən vəsaitin məbləği isə 340,2 milyon manat təşkil edib.