2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 075,1 min ton sement istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sement 87,4 min və ya 2,9% artıb.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 2 987,7 min ton təşkil edib.
01.11.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 63 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı son bir ildə 33,4 min ton və ya 34,6% azalıb.
01.11.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 96,4 min ton təşkil edib.