2026-cı ilin yanvar ayında ictimai iaşə dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,6 faiz artaraq 219,2 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsi-nə istinadən xəbər verir.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,3 faizi hüquqi şəxslərin, 49,7 faizi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hesabat dövründə hüquqi şəxslər üzrə ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 109,1 milyon manat olub.











