2025-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü illə müqayisədə 9,3 faiz artaraq 1102,9 manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsi-nə istinadən xəbər verir.
Məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3938,6 manat, qeyri neft-qaz sektorunda 1050,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 1080,8 manat, özəl müəssisələrdə isə 1124,4 manat olub.
Ümumi göstəricilərə əsasən, ən yüksək orta aylıq maaş mədənçıxarma sənayesində qeydə alınır və bu sahədə əməkhaqqı təxminən 3 734,9 manat təşkil edir. Bundan sonra maliyyə və sığorta fəaliyyəti 2891,6 manatla ikinci, informasiya və rabitə sektoru 1 879,9 manatla üçüncü, peşə, elmi və texniki fəaliyyət 1836,8 manatla dördüncü, nəqliyyat və anbar təsərrüfatı isə 1558,6 manatla beşinci yerdə qərarlaşıb.
Ən aşağı maaşlı sahələr sırasında isə kənd təsərrüfatı, meşə və balıqçılıq sektoru 693,7 manatla sonuncu pillələrdədir. Bununla yanaşı, inzibati və yardımçı xidmətlərdə 738,3 manat, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 747,6 manat, su təchizatı və tullantıların emalı sektorunda 766,8 manat, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində isə 783,1 manat orta aylıq əməkhaqqı müşahidə olunub.
Dövlət sektoru üzrə rəqəmlər göstərir ki, maliyyə və sığorta fəaliyyəti 3 814,2 manatla liderdir. Mədənçıxarma sənayesində dövlət müəssisələrində çalışanların maaşı 2 558,3 manat, digər xidmət sahələrində 1888,9 manat, turizm və ictimai iaşədə 1 791,7 manat, nəqliyyat və anbar sektorunda isə 1642,7 manat səviyyəsindədir.
Dövlət sektorunda ən aşağı əməkhaqqı inzibati və yardımçı xidmətlərdə 662,1 manat, su təchizatı və tullantıların emalında 724,4 manat, kənd təsərrüfatında 781,5 manat, təhsil sahəsində 801,3 manat, istirahət və incəsənət sahəsində isə 809,3 manat olaraq qalır.
Özəl sektor üzrə göstəricilər daha yüksəkdir. Belə ki, mədənçıxarma sənayesində orta aylıq maaş 4 min329,7 manatla ən yüksək səviyyəyə çatır. Maliyyə və sığorta sektorunda 2690 manat, peşə-elmi və texniki fəaliyyət sahəsində 2263,8 manat, informasiya və rabitədə 2043,6 manat, elektrik enerjisi, qaz və buxar istehsalında isə 1564,8 manat əməkhaqqı qeydə alınıb.
Bu sektorda ən aşağı maaşlar isə dövlət idarəetməsi və müdafiə sahəsində 635,3 manat, kənd təsərrüfatında 672,1 manat, ticarət və təmir sahəsində 744,9 manat, turizm və ictimai iaşədə 745,2 manat, səhiyyə və sosial xidmətlərdə isə 745,8 manat civarındadır.
|
İqtisadi fəaliyyət növləri |
Cəmi |
o cümlədən: dövlət |
o cümlədən: qeyri-dövlət |
|
Ölkə üzrə – cəmi |
1 102,9 |
1 080,8 |
1 124,4 |
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
693,7 |
781,5 |
672,1 |
|
Mədənçıxarma sənayesi |
3 734,9 |
2 558,3 |
4 329,7 |
|
Emal sənayesi |
1 002,8 |
1 640,4 |
913,7 |
|
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
1 132,8 |
1 124,0 |
1 564,8 |
|
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
766,8 |
724,4 |
1 316,3 |
|
Tikinti |
1 180,0 |
1 163,1 |
1 184,4 |
|
Ticarət; nəqliyyat vasitələrinin təmiri |
747,6 |
1 003,8 |
744,9 |
|
Nəqliyyat və anbar təsərrüfatı |
1 558,6 |
1 642,7 |
1 445,8 |
|
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
783,1 |
1 791,7 |
745,2 |
|
İnformasiya və rabitə |
1 879,9 |
1 632,7 |
2 043,6 |
|
Maliyyə və sığorta fəaliyyəti |
2 891,6 |
3 814,2 |
2 690,0 |
|
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
1 180,6 |
1 155,8 |
1 188,7 |
|
Peşə, elmi və texniki fəaliyyət |
1 836,8 |
1 327,7 |
2 263,8 |
|
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
738,3 |
662,1 |
856,8 |
|
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
1 517,5 |
1 551,1 |
635,3 |
|
Təhsil |
810,6 |
801,3 |
969,5 |
|
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
939,2 |
988,0 |
745,8 |
|
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
876,7 |
809,3 |
1 366,6 |
|
Digər sahələrdə xidmətlərin göstərilməsi |
1 309,3 |
1 888,9 |
1 150,5 |











