Bu ilin yanvar-mart ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 202 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,8% artıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dövr ərzində asfaltın istehsalı 2 dəfə, tikinti kərpicinin istehsalı 72,6%, tikinti gipsinin istehsalı 46,5%, hörmə üçün hazır beton qarışığının istehsalı 36,2% artıb, betondan yığma tikinti konstruksiyaları istehsalı 15,8%, tikinti əhənginin istehsalı isə 25,8% azalıb.
Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:
Mәhsul növlәri |
2022-ci ilin yanvar-mart aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq ayına nisbətən, % |
Sement, min ton |
705,6 |
112,2 |
Tikinti gipsi, min ton |
6,3 |
146,5 |
Tikinti әhәngi, min ton |
6,6 |
74,2 |
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton |
20,9 |
103,0 |
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
9,6 |
84,2 |
Asfalt, min ton |
13,3 |
2,0 d. |
Tikinti kәrpici, min kubmetr |
188,1 |
172,6 |
Hörmә üçün hazır beton qarışığı, min ton |
615,9 |
136,2 |
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton |
4033,4 |
105,8 |
(Apa)