Cari ilin noyabrında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 361 milyon 14 min manat olub.
Eləcə də bax: Azərbaycanda gömrüyün xətti ilə - BÜDCƏ DAXİLOLMALARI 23% ARTIB
FED.az xəbər verir ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 89 milyon 500 min manat, əlavə dəyər vergisi üzrə 252 milyon 20 min manat, aksizlər üzrə 13 milyon 531 min manat, yol vergisi üzrə isə 4 milyon 962 min manat təşkil edib.