2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 828,2 milyon manatlıq elektrik malları və mebellər satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 4,6% çoxdur.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 4,8% faizi elektrik malları və mebellərin alınmasına sərf olunub.
Təkcə noyabr ayı ərzində əhali 259,8 milyon manatlıq elektrik malları və mebellər alıb










