2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 3 milyard 521,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 12,8% çoxdur.
Məbləğ ifadəsində artım 400,9 milyon manat səviyyəsində olub.
Ötən ilin yanvar-noyabr aylarında əhali benzin və dizelə 3 milyard 120 milyon manat xərcləyib.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 6% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 5,8% idi.
Təkcə noyabr ayı ərzində əhali 361,2 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb











