Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin yanvar-may aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 587.9 manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda orta aylıq əməkhaqqı - 14% ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi bildirir.
Belə ki, orta aylıq əməkhaqqı 2021-ci ilin müvafiq dövründəki göstəricidən 9,6 faiz çoxdur.
Onu da qeyd edək ki, 2022-ci ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 587.4 manat olub.