Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 37 milyard 843,5 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azdır.
Bundan başqa xam neft və təbii qaz hasilatı 35 milyard 647,5 milyon manat, metal filizlərinin hasilatı 263,8 milyon manat, mədənçıxarma sənayesinin digər sahələri istehsal 182,8 milyon manat, mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi 1 749,4 milyon manat təşkil edib.
Bu göstəricilər də müvafiq olaraq 2,9%, 17,2%, 11,2% və 0,4% azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 25,0 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 29,7 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 3,6 faiz artıb.