Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvaroktyabr aylarında 195,9 milyon manatlıq məhsul istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 65,0 faiz, elektrik avadanlıqlarının istehsalı isə 7,8 faiz artıb.
Bu ilin 10 ayı ərzində 3 619 ədəd stolüstü kompüter, 339 min ədəd ölçmə cihazları, 498 ədəd güc transformatorları, 794 ədəd məişət soyuducuları və doncdurucuları istehsal edilib.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 2,6 dəfə, ölçmə cihazlarının istehsalı 2,2 dəfə, paylayıcı lövhələrin istehsalı isə 37,2 faiz artıb, güc transformatorları 5,5%, məişət soyuducuları və doncdurucuları 52,9% (2 dəfə) azalıb.