2025-ci ilin yanvar–avqust aylarında mədənçıxarma sənayesində işləyənlərin maaşları ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Tikinti sektorunda maaşlar artıb, amma işçi sayı bir qədər azalıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Orta aylıq əməkhaqqı 3 587 manatdan 3 689 manata qalxaraq 102 manat və ya 2,9% yüksəlib.
Dövlət müəssisələrində maaşlar daha sürətlə artıb, 2 240 manatdan 2 399 manata, yəni 7% yüksəliş qeydə alınıb. Qeyri-dövlət müəssisələrində artım bir qədər az olub, 4 296 manatdan 4 352 manata, yəni təxminən 1,3% artıb.
Maraqlıdır ki, maaşlar artsa da işçi sayı bir qədər azalıb. 2024-cü ilin sentyabrında cəmi 33,1 min nəfər işləyirdisə, 2025-ci ilin eyni tarixində sayı 32,3 min nəfərə düşüb. Dövlət sektorunda azalma daha çox 500 nəfər, qeyri-dövlət sektorunda isə 300 nəfər olub.
Ümumilikdə, mədən sənayesində maaşlar yüksəlməkdə davam edir, amma işçi sayı kiçik azalma göstərir.