Dövlət Statistika Komitəsi 2021-ci ilin oktyabr ayında əvvəlki aya nisbətən ən çox bahalaşan xidmətlərin siyahısını açıqlayıb.
Eləcə də bax: Geyim istehsalının həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, ötən ay ödənişli xidmətlər üzrə ən çox bahalaşma
- paltar-ayaqqabı təmiri,
- mebel təmiri,
- məişət cihazları təmiri,
- minik avtomobilləri təmiri,
mənzillərin təmiri,
- ictimai iaşə (kafe-restoran),
- stomatoloji xidmət,
- bərbərxana və kosmetoloji xidmətlərin qiymətində baş verib.
Ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.