2021-ci ilin yanvar-oktyabr aylarında emal sektorunda geyim istehsalı 14.5% azalıb.
Eləcə də bax: Azərbaycanda bu il 29 mln. maska - İSTEHSAL OLUNUB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabat dövründə 102.5 milyon manat dəyərində geyim istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 85.5% təşkil edir.
Qeyd olunan dövrdə 559.4 min ədəd üst geyimi, 517.6 min ədəd alt geyimi istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 2.3 dəfə və 49.1% artım deməkdir.
2021-ci ilin oktyabr ayında geyim məhsullarının istehlak qiyməti indeksi 2021-ci ilin sentyabr ayına nisbətən 1.3%, 2020-ci ilin oktyabr ayına nisbətən 4.5% artıb. 2021-ci ilin yanvar-oktyabr ayları ərzində isə bu indeks 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən 2.3% artıb.