Azərbaycanda 2020-ci ildə COVID-19 epidemiyasının yayılması səbəbindən zəncəfilin idxalı 2.2 dəfə artıb.
Eləcə də bax: Azərbaycanda bu rayonda ilk dəfə - ZƏNCƏFİL ƏKİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, cari ilin ilk 10 ayı ərzində 474 ton həcmində doğranmamış zəncəfil idxal edib.
Buna görə, Azərbaycandan xaricə 622.14 min dollar həcmində valyuta çıxıb.
İdxal edilmiş zəncəfilin 358.94 tonunu (468.46 min dollar) Çindən gətirilib.