2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 520,6 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-iyul ayına nisbətən 0,6% çoxdur.
Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 4,4% faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Təkcə iyul ayı ərzində əhali 224,5 milyon manatlıq içki və tütün məhsulu alıb.