2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 870,8 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, bütün məhsul qrupları arasında ən yüksək artım templərindən biridir və satış 2024-cü ilin yanvar-iyul ayına nisbətən 18,4% çoxdur.
Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 2,5% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Təkcə iyul ayı ərzində əhali 140,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb.