2023-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 min nəfər və ya 2% artaraq 1736,3 min nəfər olub.
Azərbaycanda orta aylıq əmək haqqı - 900 MANATI KEÇDİ
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 904,1 min nəfər iqtisadiyyatın dövlət sektorunda, 832,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.