2023-cü ilin III rübü ərzində nəqliyyat sektorunda cəmi 166 milyon 587,1 min ton yük daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yük daşınması son bir il ərzində 5,7% artıb.
Keçən ilin müvafiq dövründə bu göstərici 157 milyon 618,6 min ton təşkil edib.
Hesabat dövründə daşınmanın 13 milyon 702,8 min tonu dəmiryolunun, 94 milyon 697,8 milyon tonu avtomobillərin, 50 milyon 978 min tonu boru kəmərlərinin, 6 milyon 953 tonu dəniz, 255 min tonu isə hava nəqliyyatının payına düşüb.
Göstəricilər əvvəlki illə müqayisədə dəmiryolu nəqliyyatı üzrə 0,9%, avtomobil nəqliyyatı üzrə 5,2%, boru kəməri 6,1%, dəniz nəqliyyatı 22,8% artıb, hava nəqliyyatı üzrə 21,9% azalıb.
Bundan başqa, avtomobil nəqliyyatı üzrə fərdi sahibkarlar (fiziki şəxslər) tərəfindən 55 milyon 111 min ton (5,9% çox), boru kəmərləri üzrə neft kəməri ilə 29 milyon 787,7 min ton (8,3% çox) və qaz kəmərləri ilə 21 milyon 190,3 min ton (3,3% çox) yük daşınıb.