2023-cü ilin yanvar-sentyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana 2,7 min ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% çoxdur.
Azərbaycanda halal dərmanlar olacaq - STANDART TƏSDİQLƏNDİ
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) bildirir.
Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 117 milyon avro (ildən ilə artım 11,4%) təşkil edib.
Yanvar-sentyabr aylarında Azərbaycana əczaçılıq məhsulları ixracatçılarının ilk üçlüyünə Almaniya (31,8 milyon avro məbləğində (artım 7,8%) 909 ton (ildən ilə azalma 16,5%), Macarıstan (26 milyon avro məbləğində (artım 46,1%) 640 ton (artım 1,9 dəfə) və Sloveniya (14,6 milyon avro məbləğində (artım 13,2%) 296 ton (artım 0,3%) daxil olub.
Avqustda Aİ ölkələri Azərbaycana 13,2 milyon avro dəyərində (ildən ilə azalma 3,6%) 242 ton əczaçılıq məhsulları (artım 9,5%) ixrac edib.
Hesabat ayında ən iri ixracatçıların üçlüyünə Almaniya (3,5 milyon avro məbləğində (azalma 14,6%) 100 ton (artım 1,5 dəfə), Macarıstan (2,7 milyon avro məbləğində (artım 35%) 48 ton (artım 1,7 dəfə) və Sloveniya (1,4 milyon avro məbləğində (azalma 12,5%) 30 ton (artım 3,4%) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana 137,5 milyon avro dəyərində (artım 1,3%) 3,5 min ton əczaçılıq məhsulları (2021-ci illə müqayisədə artım 31,7%) ixrac edib. (İnterfaks-Azərbaycan)