2023-cü ilin III rübü ərzində nəqliyyat sektorunda çalışanların sayı 73 min 433 nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu sektorda çalışanların sayı son bir ildə 1 086 nəfər 1,5% azalıb.
Ötən ilin eyni dövründə nəqliyyat sahəsində 74 min 519 nəfər çalışırdı.
Onlardan 33 min 389 nəfəri yerüstü və boru kəməri nəqliyyatında, 6 min 620 nəfəri dəniz, 12 min 599 nəfəri hava, 14 min 849 nəfəri anbar təsərrüfatı və yardımçı nəqliyyatlarda çalışanlar, 5 min 976 nəfəri isə poçt və kuryer fəaliyyəti ilə məşğul olanlardır.
Hesabat dövründə dəmir yolu üzrə çalışan işçilərin sayı 4 min 475 nəfər, metro üzrə 4 min 394 nəfər, boru kəməri üzrə 22 min 165 nəfər, onlardan da neft kəməri üzrə 755, qaz kəməri üzrə 1 600 nəfər təşkil edib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə çalışan işçilərin sayı yerüstü və boru kəməri nəqliyyatında 4,2%, dəmiryolunda 5,5%, metroda 2,1% avtomobil nəqliyyatında 2%, boru kəməri nəqliyyatında 22%, qaz kəməri nəqliyyatında 29,5% azalıb, neft kəməri nəqliyyatında 0,8%, dəniz nəqliyyatında 1%, hava nəqliyyatında 3%, anbar təsərrüfatı və yardımçı nəqliyyatda 1,7% artıb.
Poçt və kuryer fəaliyyətində çalışanların sayında isə 5,2% azalma qeydə alınıb.