2023-cü ilin ilk yarısında Naxçıvan Muxtar Respublikasında fəaliyyətdə olan banklaradakı köçürmə sistemləri ilə daxil olan vəsaitlərin həcmi 1 milyon 154.8 min ABŞ dolları olub.
Naxçıvanda vergi daxilolmaları - 38 FAİZ ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi üçün açıqladığı statistik bülletendə bildirilir.
Muxtar respublikaya pul köçürmələrin böyük hissəsi xaricdən daxil olub. Respublikanın digər bölgələrindən muxtar respublikaya 288.7 min dollar vəsait köçürülərkən, xaricdən 866.1 min dollar köçürülüb.
Xaricdən pul köçürmələrin 406.5 min dolları Türkiyənin və 399.7 min dolları Rusiyanın payına düşüb.