Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkədəki 656,1 min arı ailəsindən 7445,9 ton bal, 174,1 ton mum, 19,1 ton vərəmum, 23,4 ton güləm və 379,1 kq arı südü əldə edilib.
Azərbaycanda 1 qramı 5,6 manata satılır – RƏSMİ AÇIQLANDI
FED.az xəbər verir ki, bu hesabla hər arı ailəsindən 11,3 kiloqram bal alınıb.
Ümumilikdə ölkədə 2018-ci illə müqayisədə 2022-ci ildə arı ailələrinin sayı 1,3 dəfə, bal istehsalı isə 1,5 dəfə artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 14 ildə bal istehsalı 5,3 dəfə, arı ailələrinin sayı 4,6 dəfə artmış, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 19,9-dək yüksəlmişdir.