Azərbaycanda arıçılıq məhsullarının orta satış qiyməti açıqlanıb.
Eləcə də bax: Azərbaycan balı dünyada - 3-CÜ OLUB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda 32 933 arıçılıq təsərrüfatında 656,1 min arı ailəsi mövcud olub.
Bu ailələrdən 7 445,9 ton bal, 174,1 ton mum, 19,1 ton vərəmum, 23,4 ton güləm və 379,1 kq arı südü əldə edilib.
Balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat, mumun - 14,7 manat, vərəmumun - 91,0 manat, güləmin - 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,6 manat olub.