2022-ci ilin yanvar-may aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Eləcə də bax: Gəncədə sosial-iqtisadi vəziyyət necədir? - RƏSMİ RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, Gəncə Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin məhsulu üçün 61,2 hektar kənd təsərrüfatı bitkiləri əkilmışdir ki, onun da 29,0 hektarını dənlilər və dənli paxlalı bitkilər, 32,2 hektarını tərəvəz bitkiləri təşkil etmişdir. Əvvəlki ilə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi dəyişməz qalmışdır. 2022-ci ilin məhsulu üçün əkilmiş 61,2 hektar sahə ev təsərrüfatlarına aid olmuşdur. Hesabat dövründə meyvə bağlarından və giləmeyvəliklərdən 95,0 ton meyvə və giləmeyvə toplanmışdır.
Gəncə şəhərində 2022-ci ilin yanvar-may aylarında heyvandarlıq bölməsində 27,2 ton ət diri çəkidə, 169,3 ton süd, 179 min ədəd yumurta, 2,8 ton yun istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən süd istehsalı 89,3 ton (34,5 faiz), ət istehsalı8,6 ton (24,0 faiz), yumurta istehsalı 117 min ədəd (39,5 faiz) azalmışdır, yun istehsalı isə 0,8 ton (40,0 faiz) artmışdır. (Marja)