Gəncə şəhərində 2023-cü ilin yanvar-dekabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 42 milyon 253,7 min manat təşkil edib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Dövriyyənin 41 milyon 861,1 min manatı fiziki şəxslərin hesabına təmin olunub.
2023-cü ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 14,0 faiz artaraq 442 milyon 305,1 min manat təşkil edib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 122 milyon 113,0 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 27,6 faizini təşkil edib. Ödənişli xidmətlərin 16,4 faizi dövlət, 83,6 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub.