Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2023-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 91,9 milyon nəfər sərnişin daşınıb.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Hesabat dövründə avtomobil nəqliyyatı sahəsində 4,7 milyon ton yük daşınıb.
2022-ci ilin yanvar-dekabr aylarına nisbətən sərnişin daşınması 24,4 faiz , yük daşınması isə 14,9 faiz artıb.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ilin yanvar-dekabr aylarında 7,4 milyon manatlıq xidmət göstərilmiş, xidmətlərin 96,7 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 74,8 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 25,2 faiz təşkil edib.