Gəncə şəhərində 2023-cü ilin yanvar-mart aylarında əsas kapitala 19,72 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 67,5 faiz çox vəsait yönəldilib.
FED.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsi məlumat yayıb.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 75,7 faizi dövlət, 24,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 17,05 milyon manatı və ya 86,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 73,1 faiz artıb.
Bundan başqa Gəncə şəhərində 2023-cü ilin yanvar-mart aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 8,9 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 4,5 milyon manatını, yaxud 50,8 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 4,4 milyon manatını və ya 49,2 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir .