2024-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 3 milyon 505,5 min ABŞ dolları dəyərində 3 milyon 860 min 24 ədəd diri ev toyuqları (çəkisi 185 q-dan artıq olmayan) idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 391 min dollar və ya 12,6% çoxdur, lakin miqdar baxımından isə 1 milyon 956,3 min ədəd və ya 33,6 azdır.
2023-ci ilin yanvar-mart aylarında 3 milyon 114,6 min dollar dəyərində 5 milyon 816 min 370 ədəd ev toyuğu gətirlib.
1 ədəd toyuğun qiyməti 2024-cü ilin 3 ayına görə 0,9 dollar (1,5 manat) olub ki, bu illik müqayisədə 0,4 dollar (0,6 manat) və ya 69,6% bahalaşma deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd toyuğun orta idxal qiyməti 0,5 dollar (0,9 manat) təşkil edib.