Azərbaycanda əhalinin geyim və ayaqqabıya xərclədiyi pulun məbləği artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 6 910,9 milyon manat xərcləyib.
Eləcə də bax:Azərbaycanda orqanik - GEYİM İSTEHSALI PLANLAŞDIRILIR
Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə əhalinin toxuculuq, geyim və ayaqqabılara xərclədiyi vəsait 301,90 milyon manat və ya 4,1% çox olub.
Məlumat üçün bildirək ki, ümumilikdə 2018-ci illə müqayisədə 2019-cu ildə istehsal edilən geyimlərin həcmində artım, ayaqqabılarda isə azalma qeydə alınıb.