Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 378 milyon manat dəyərində məhsul istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Eləcə də bax: Əhalinin geyim xərcləri - DAHA ÇOX ARTIB – RƏSMİ
Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 36,2 faiz, geyim istehsalında 11,5 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 1,3 faiz azalma müşahidə olunmuşdur.