2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 34 milyard 786,3 milyon manat təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin nominal gəlirləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 9,5 % artaraq əhalinin hər nəfərinə orta hesabla 3548,1 manat təşkil edib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 31 milyard 930 milyon manatlıq vəsait qalıb. Bu da ötən ilin 8 ayı ilə müqayisədə 9,9 % çoxdur.
Əhalinin gəlirləri 10%-ə yaxın artıb - STATİSTİKA
21:05
18 Sen 2018