Son bir ildə əhalinin ərzaq mvallarına sərf etdiyi vəsait 3 milyard manata yaxın artıb.
Eləcə də bax: Azərbaycanda ərzaq məhsulları - 22%-Ə YAXIN BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatdan aydın olur.
2021-ci ilin yanvar-avqust aylarında əhali ərzaq məhsullarına 12 milyard 969 milynr manat xərcləmişdi. Nəticədə ölkədə adambaşına düşən aylıq ərzaq xərci 160 manat olmuşdu.
2022-ci ilin yanvar-avqust aylarında isə ölkədə ərzaq məhsullarına xərclənən vəsait 15 milyard 946 milyon manat təşkil edib. Bu ötən illə müqayisədə 23% artıqdır.
Nəticədə bu ilin ilk 8 ayı üzrə adambaşına ərzaq xərcləri 196 manata yüksəlib.