2023-cü il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250.1 min nəfər olmuş, onların 32.5 faizini qadınlar təşkil edib.
Dövlət qulluqçularının orta maaşı - 1 785 MANAT OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin verditit məlumata görə, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 402.6 manat olub.
Ölkədə ən çox işsiz şəxslər Bakı (49 min nəfər), Qarabağ iqtisadi rayonu (31 421 nəfər), Lənkəran-Astara iqtisadi rayonu (21 660 nəfər), Şəki-Zaqatala iqtisadi rayonundadır. (20 005 nəfər)
Ən az işsiz isə cəmi 94 nəfər olmaqla Naxçıvan şəhərində, 80 nəfər Babək rayonunda, 45 nəfər Culfa rayonunda, 37 nəfər olmaqla Sədərək rayonunda, 24 nəfər Şahbuz rayonundadır.