2025-ci ilin yanvar-avqust ayları ərzində “İnformasiya və rabitə” sektorunda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
Azərbaycanda işsizlərin sayı 20 min nəfər artıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Belə ki, cəmi əməkhaqqı 1 688,3 manatdan 1 889,7 manata yüksələrək 201,4 manat və ya 11,9% artım göstərib. Dövlət müəssisələrində orta əməkhaqqı 1 483,6 manatdan 1 609,3 manata, yəni 125,7 manat (8,5%) artmış, qeyri-dövlət sektorunda isə 1 836,8 manatdan 2 083,7 manata, yəni 246,9 manat (13,5%) yüksəlmişdir.
Muzdla çalışan işçilərin sayı isə 2025-ci ilin sentyabr ayının 1-i vəziyyətinə cəmi 34,2 min nəfər olub, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 400 nəfər və ya 1,2% artım deməkdir. Maraqlıdır ki, dövlət sektorunda işçi sayı min nəfər azalıb (14,4 min nəfərdən 13,4 min nəfərə), qeyri-dövlət sektorunda isə işçi sayı 1,4 min nəfər artaraq 20,8 min nəfərə çatıb.
Bu rəqəmlər göstərir ki, son bir ildə qeyri-dövlət sektoru həm əməkhaqqı, həm də işçi sayı baxımından daha sürətli inkişaf edib, dövlət sektorunda isə əməkhaqqı artsa da işçi sayı azalmışdır.