Dövlət Statistika Komitəsi (DSK) ilin 11 ayının yekunlarına görə büdcədəki vəziyyəti açıqlayıb.
Eləcə də bax: Azərbaycanın iqtisadi vəziyyəti açıqlandı - RƏQƏMLƏR
FED.az xəbər verir ki, 11 ay ərzində büdcənin gəlirləri 22 milyard 241,1 milyon manat, xərcləri 22 milyard 162,7 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə büdcənin gəlirləri 5,2%, xərcləri 9,9% artıb.
Nəticədə büdcədə 78,4 milyon manat qalıq vəsait toplanıb.
Statistika komitəsinin rəqəmlərindən məlum olur ki, son bir ayda dövlət büdcəsi 600 milyon manata yaxın müsbətə çıxıb. Məsələ bundadır ki, cəmi bir ay əvvəl, yanvar-oktyabr aylarının yekununda büdcədə 515 milyon manat kəsir vardı. İndiki 78 milyon manatlıq artıq vəsaiti nəzərə alanda, bir ay ərzində büdcənin gəlir və xərcləri arasında 593 milyon manatlıq müsbət dəyişiklik olub.