Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-aprel aylarında 5,9 milyon ton yük, 2077,4 min sərnişin daşınıb.
Azərbaycanda orta aylıq əmək haqqı - 900 MANATI KEÇDİ
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,4%, sərnişin daşınmasında isə 54,8% artım müşahidə olunub.
“Orta hesabla sutkada 437 vaqon yüklənilib, 417 vaqon isə boşaldılıb, - məlumatda qeyd olunur.
Hesabat dövründə sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 22,2 min ton, Qərb istiqaməti üzrə 3 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib. (Apa)