Dövlət Statistika Komitəsi 2021-ci ilin dekabr ayında (noyabra nisbətən) ən çox bahalaşan ərzaq mallarının qiymətini açıqlayıb.
FED.az xəbər verir ki, ən çox bahalaşma
• qarabaşaq yarmasının,
• çörəyin,
• unun,
• makaron məmulatlarının,
• düyünün,
• toyuq, mal və qoyun ətinin,
• təzə və dondurulmuş balığın,
• qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün,
• pendirin, kəsmiyin,
• yoqurtun, xamanın,
• yumurtanın,
• kərə və günəbaxan yağlarının,
• süfrə marqarininin,
• narın,
• heyvanın,
• bananın,
• almanın,
• armudun,
• qozun, fındığın,
• xiyarın, pomidorun,
• balqabağın,
• kartofun, soğanın,
• sarımsağın,
• mərcinin,
• şəkər və şəkər tozunun,
• konfetlərin,
• çayın,
• qəhvə və kakao tozunun,
• limonadın qiymətində baş verib.
Ucuzlaşma isə əsasən
• portağalın,
• limonun,
• xurmanın,
• kivinin,
• kələmin və yerkökünün qiymətlərində müşahidə olunmuşdur.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.