2024-cü ildə Azərbaycanda qida məhsullarının adambaşına istehlakında müəyən dəyişiklər baş verib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycanda tərəvəz, ət-yumurta istehlakı artıb. Əvəzində süd, çörək və balıq istehlakı azalıb.
Komitənin açıqladığı hesabata əsasən adambaşına istehlakda tərəvəz və bostan bitkiləri 1,1% artaraq 113,41 kq, yumurta 0,6% artaraq 163 ədəd, ət məhsulları 0,5% artaraq 36,07 kq olub. Həmçinin bitki yağı, qənd-qənnadı, kartof və meyvə-gilameyvə istehlakında da cüzi artımlar qeydə alınıb.
Bununla yanaşı, süd məhsulları 1,5% azalaraq 244,88 kq, çörək məhsulları 1,2% azalaraq 131,51 kq və balıq məhsulları 0,3% azalaraq 7,81 kq səviyyəsinə düşmüşdür.
Cədvəl 1: Ölkə Üzrə Ərzaq Məhsullarının Adambaşına İstehlakı (2023-2024)
Məhsul Adı |
2023 (kq/ədəd) |
2024 (kq/ədəd) |
2023-cü ilə nisbətən artıb-azalma |
Çörək və çörək məhsulları |
133.16 |
131.51 |
-1,2% |
Kartof |
77.58 |
77.76 |
+0,2% |
Tərəvəz və bostan bitkiləri |
112.19 |
113.41 |
+1,1% |
Ət və ət məhsulları |
35.90 |
36.07 |
+0,5% |
Balıq və balıq məhsulları |
7.83 |
7.81 |
-0,3% |
Süd və süd məhsulları |
248.66 |
244.88 |
-1,5% |
Yumurta, ədəd |
162.00 |
163.00 |
+0,6% |
Meyvə, gilameyvə |
84.40 |
84.51 |
+0,1% |
Qənd və qənnadı |
31.14 |
31.21 |
+0,2% |
Bitki yağı və marqarin |
10.88 |
10.91 |
+0,3% |
Şəhər yerlərində 2024-cü ildə adambaşına istehlakda tərəvəz və bostan bitkiləri 1,3% artaraq 114,18 kq, ət məhsulları 0,6% artaraq 36,49 kq və balıq məhsulları 0,7% artaraq 7,54 kq təşkil etmişdir. Həmçinin kartof, meyvə-gilameyvə, qənd-qənnadı və bitki yağı istehlakında da az artım müşahidə olunub. Bununla belə yumurta istehlakı isə 161 ədəd olaraq dəyişməyib.
Eyni dövrdə, şəhərlərdə süd məhsulları 1,4% azalaraq 243,56 kq və çörək məhsulları 1,1% azalaraq 126,20 kq səviyyəsinə düşüb.
Cədvəl 2: Şəhər yerləri üzrə ərzaq məhsullarının adambaşına istehlakı (2023-2024)
Məhsul Adı |
2023 (kq/ədəd) |
2024 (kq/ədəd) |
2023-cü ilə nisbətən artıb-azalma |
Çörək və çörək məhsulları |
127.60 |
126.20 |
-1,1% |
Kartof |
78.35 |
78.41 |
+0,1% |
Tərəvəz və bostan bitkiləri |
112.67 |
114.18 |
+1,3% |
Ət və ət məhsulları |
36.27 |
36.49 |
+0,6% |
Balıq və balıq məhsulları |
7.49 |
7.54 |
+0,7% |
Süd və süd məhsulları |
246.92 |
243.56 |
-1,4% |
Yumurta, ədəd |
161.00 |
161.00 |
00,0 |
Meyvə, gilameyvə |
85.12 |
85.26 |
+0,2% |
Qənd və qənnadı |
30.27 |
30.35 |
+0,3% |
Bitki yağı və marqarin |
11.10 |
11.13 |
+0,3% |
Kənd yerlərində 2024-cü ildə adambaşına istehlakda kartof 0,4% artaraq 76,98 kq, bitki yağı 0,4% artaraq 10,65 kq və ət məhsulları 0,3% artaraq 35,57 kq olub. Həmçinin tərəvəz və bostan bitkiləri, meyvə-gilameyvə, qənd-qənnadı istehlakında cüzi artımlar qeydə alınıb, Yumurta istehlakı isə 164 ədəd olaraq sabit qalıb.
Lakin kəndlərdə süd məhsulları 1,7% azalaraq 246,47 kq, çörək məhsulları 1,4% azalaraq 137,87 kq və balıq məhsulları 1,2% azalaraq 8,14 kq səviyyəsinə enib.
Cədvəl 3: Kənd yerləri üzrə ərzaq məhsullarının adambaşına istehlakı (2023-2024)
Məhsul Adı |
2023 (kq/ədəd) |
2024 (kq/ədəd) |
2023-cü ilə nisbətən artıb azalma |
Çörək və çörək məhsulları |
139.86 |
137.87 |
-1,4% |
Kartof |
76.65 |
76.98 |
+0,4% |
Tərəvəz və bostan bitkiləri |
111.61 |
112.48 |
+0,8% |
Ət və ət məhsulları |
35.46 |
35.57 |
+0,3% |
Balıq və balıq məhsulları |
8.24 |
8.14 |
-1,2% |
Süd və süd məhsulları |
250.76 |
246.47 |
-1,7% |
Yumurta, ədəd |
164.00 |
164.00 |
00,0 |
Meyvə, gilameyvə |
83.53 |
83.62 |
+0,1% |
Qənd və qənnadı |
32.18 |
32.23 |
+0,2% |
Bitki yağı və marqarin |
10.61 |
10.65 |
+0,4% |