Statistika

Bu məhsulun istehsalı 2,1 dəfə artdı   

Bu məhsulun istehsalı 2,1 dəfə artdı    | FED.az
00:38 25 Avqust 2018

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda mebel istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 7 ayında 52 069,6 min manatlıq mebel istehsal edilib. 2017-ci ilin eyni dövründə bu göstərici 24 795,1 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxalda da maşın, mexanizm, elektrik aparatları, ərzaq məhsulları ilə yanaşı  mebel və onun hissələrinin dəyəri üstünlük təşkil edib.  Belə ki, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2018-ci ilin 7 ayında mebel idxalı 27,9% artıb.  Bu il 330,6 min ədəd və ya 35 863,4 min dollar dəyərində mebel idxal edilib.

Digər xəbərlər