2024-cü ilin yanvar-aprel ayında pərakəndə ticarət şəbəkəsində 401,9 milyon manatlıq dərman və tibbi ləvazimatlar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-aprel aylarına nisbətən 0,5% çoxdur.
Bu ilin ilk üç ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4% faizi dərman və tibbi ləvazimatlara alınmasına sərf olunub.