2023-cü ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edilən ölkələr siyahısında Türkiyə (273,9 milyon dollar) birinci olub.
“FED.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu siyahıda Rusiya Federasiyası (137.6 milyon dollar) ikinci, Gürcüstan (64.6 milyon dollar) isə üçüncü olub.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artaraq 651 milyon 423 min dollar təşkil edib (Apa).