Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 65,5 milyon nəfər sərnişin daşınıb.
FED,az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsindən bildirilib.
Avtomobil nəqliyyatı sahəsində 3,4 milyon ton yük daşınıb.
2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən sərnişin daşınması 23,4 faiz artmış, yük daşınması isə 14,6 faiz artıb.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-ci ilin yanvar-sentyabr aylarında 5,5 milyon manatlıq, yaxud keçən ilin eyni dövrünə nisbətən 3,7 faiz çox xidmət göstərilib, xidmətlərin 96,9 faizi əhali tərəfindən istehlak olunub.
Əhaliyə göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz artıb.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 77,0 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 23,0 faiz təşkil edib.