Azərbaycanda əhalinin tütün məmulatları üzrə xərcləri artıb.
Eləcə də bax: Alkoqollu içki və siqaretlərə görə - ƏDV QAYTARILMAYACAQ - YENİLİK
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, əhalinin 2022-ci ilin yanvar-sentyabr ayları ərzində tütün məmulatları üzrə dövriyyəsi 159 milyon 937 min manat təşkil edib.
Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 27 milyon 918 min manat, yaxud 21% çoxdur.
Əhalinin bu məhsullar üzrə pərakəndə ticarət dövriyyəsi təkcə 2022-ci ilin üçüncü rübü ərzində 56 milyon 703 min manat olub.