Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 297,9 mln manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Eləcə də bax: Azərbaycana avtomobil idxalı - 21% Artıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1 %, sair nəqliyyat vasitələrinin istehsalı 50,3 %, maşın və avadanlıqların istehsalı isə 41,4 % artıb.
Yanvar-oktyabr aylarında Azərbaycanda 1 497 ədəd minik avtomobili istehsal olunub. Bu ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 383 әdәd və ya 20,4 % az minik avtomobili təşkil edir. Bu il noyabrın 1-nə ölkədə 140 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ötən dövrü ərzində ölkədə 250 ədəd traktor da istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 70,4 % azdır. Bu il noyabrın 1-nə ölkədə 112 ədəd hazır məhsul ehtiyatı yaranıb. (Report)