2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 27 milyard 250 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-noyabr aylarına nisbətən 2,2% çoxdur.
Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.
Təkcə noyabr ayında ərzağa xərclənən vəsaitin məbləği isə 2 milyard 849,3 milyon manat təşkil edib.